
"Real Madrid"dən istefaya göndərilən Xabi Alonso komandanın azarkeşlərinə müraciət edib.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis sosial şəbəkə hesabında belə bir paylaşımla diqqət çəkib:
"Bu peşəkar mərhələ başa çatdı və hər şey istədiyimiz kimi alınmadı. "Real"ı çalışdırmaq şərəf və böyük məsuliyyət idi. Kluba, oyunçulara və hər şeydən əvvəl azarkeşlərə və bütün "Real"lılara inam və dəstəyə görə təşəkkür edirəm. Hörmət, minnətdarlıq və əlimdən gələni etdiyim üçün qürur hissi ilə gedirəm".
Qeyd edək ki, yanvarın 12-də istefaya göndərilən Alonsonun yerini Alvaro Arbeloa tutub.
Kamil Xudiyev