
İngiltərənin "Liverpul" klubu müdafiə xəttini dünya səviyyəli ulduzla gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, "mersisaydlılar" "Barselona"nın fransalı müdafiəçisi Jül Kunde üçün 80 milyon avro ödəməyə hazırdır.
Premyer Liqa təmsilçisi yay transfer pəncərəsində 27 yaşlı futbolçunu heyətinə qatmağı əsas hədəflərindən biri kimi müəyyənləşdirib.
Həm mərkəz, həm də sağ cinah müdafiəçisi kimi çıxış edə bilən Kundenin universallığı baş məşqçi Arne Slotun diqqətini çəkən əsas məqamlardan biridir. "Barselona"nın maliyyə problemləri fonunda bu qədər yüksək məbləğli təklifə necə cavab verəcəyi maraqla gözlənilir.