
Türkiyənin "Fənərbağça" klubunda keçirilən prezident seçkiləri ərəfəsində pərdəarxası şok maliyyə təfərrüatları üzə çıxıb.
Fanat.Az jurnalist Yağız Sabuncuoğluya istinadən xəbər verir ki, "Barselona"nın ulduz hücumçusu Robert Levandovskinin meneceri keçmiş prezidentliyə namizəd Hakan Safinin komandasından qeyri-adi tələb irəli sürüb.
Agent polşalı forvardın sadəcə seçki prosesinə fiziki olaraq qatılıb tribunaları salamlaması müqabilində tam 5 milyon avro nağd məbləğ istəyib.
Seçki öncəsi səs toplamaq məqsədilə nəzərdə tutulan bu şok təklif "Fənərbağça" rəhbərliyi və namizədin qərargahı tərəfindən dərhal rədd edilib.