
İtaliya A Seriyasının iddialı komandalarından olan "Komo" transfer çalışmalarını sürətlə davam etdirir.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi Luis Milya ilə şəxsi müqavilənin şərtləri barədə tam razılığa gəlib.
Hazırda futbolçunun müqavilə ilə məxsus olduğu "Xetafe" klubu ilə rəsmi danışıqlar aparılır.
İtaliya təmsilçisinin rəsmiləri bu keçidi qısa müddət ərzində müsbət yekunlaşdıracaqlarına olduqca optimist yanaşırlar.