
Futbol dünyasının canlı əfsanəsi Lionel Messinin karyerasını bitirməzdən öncə azarkeşlərinə unudulmaz bir vida matçı bəxş edəcəyi gözlənilir.
Fanat.Az İspaniyanın "El Nacional" nəşrinə istinadən xəbər verir ki, argentinalı superulduzun "İnter Mayami" klubunda butsularını mixidən asacağı gözlənilsə də, o, karyerasını tamamilə bitirməzdən əvvəl doğma klubu "Barselona"da son dəfə meydana çıxa bilər.
Hazırda ABŞ təmsilçisi ilə Kataloniya klubu arasında "Xoan Qamper Kuboku" çərçivəsində yoldaşlıq görüşünün keçirilməsi üçün danışıqlar aparılır.
Masaya qoyulan xüsusi təklifə əsasən, Messinin bu unikal qarşılaşmanın bir hissəsini "Barselona", digər hissəsini isə "Inter Mayami" heyətində keçirməsi planlaşdırılır.
Kamil Xudiyev