
"Barselona" rəhbərliyi gənc istedadı Ansu Fati ilə yolları ayırmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu hücumçunu Fransa Liqa 1 təmsilçisi "Monako"ya satmağa hazırlaşır.
İspaniyanın məşhur "Diario Marca" nəşrinin yaydığı eksklüziv məlumata görə, "Barselona" futbolçunun transferi zamanı bəzi xüsusi bəndləri müqaviləyə daxil edəcək.
Razılaşmaya əsasən, "Barsa" gələcəkdə "Monako"nun Fati üçün qəbul edəcəyi hər hansı bir transfer təklifini bərabərləşdirmək (geri almaq) hüququnu özündə saxlayacaq.
Əgər Kataloniya klubu bu seçimindən istifadə etməmək qərarına gələrsə, futbolçunun gələcək satış hüquqlarının 30%-nə sahib olmağa davam edəcək