
Əfsanəvi futbolçular Ueyn Runi və Maykl Kerrikin oğulları "Mançester Yunayted" akademiyası ilə təqaüd müqaviləsi imzalayıblar.
Fanat.Az xəbər verir ki, Kay Runi və Ceyzi Kerrik artıq klubun rəsmi oyunçu formalarını geyinərək təqdimat mərasimində iştirak ediblər.
Təqaüd müqaviləsi 16-17 yaşlı futbolçular üçün nəzərdə tutulur və onlara həm futbolçu kimi inkişaflarını, həm də təhsillərini davam etdirməyə imkan verir.
Bu addım gənc oyunçuların karyeraları üçün vacib bir başlanğıc hesab olunur.
Kamil Xudiyev