
Kataloniya təmsilçisi "Barselona"da daha bir ulduz futbolçunun komandadan ayrılması gündəmdədir.
Fanat.Az xəbər verir ki, Ferran Torres Fransa nəhəngi PSJ-yə keçməyə çox yaxındır.
Bu transfer iddiasının arxasında futbolçunun klubla olan müqavilə şərtləri dayanır.
Belə ki, ispaniyalı hücumçunun "Barselona" ilə olan mövcud sözləşməsinin başa çatmasına bir ildən də az vaxt qalıb.
Kataloniyalıların ulduz oyunçunu gələn il azad agent kimi pulsuz itirməmək üçün yay transfer pəncərəsində Paris klubundan gələcək rəsmi təklifi qəbul etməyə müsbət yanaşdığı vurğulanır.