
İngiltərənin "Tottenhem" klubunda gözlənilən şansları qazana bilməyən Djed Spens karyerasında yeni səhifə açmaq niyyətindədir.
Fanat.Az məşhur "Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, müdafiəçi İngiltərə klubundan ayrılaraq İtaliya A Seriyasının nəhəngi "İnter"ə keçmək istəyir.
Milan təmsilçisinin də oyunçunun durumu ilə yaxından maraqlandığı və rəsmi təklif hazırladığı bildirilir.
Yaxın günlərdə tərəflər arasında rəsmi danışıqların başlaması gözlənilir.