
Misli Premyer Liqasında 4-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki görüş baş tutacaq.
Günün ilk, həm də turun mərkəzi oyununda son çempion "Sabah" ilə hazırki lider "Zirə" üz-üzə gəlib. Başqa sözlə, avqustun 10-da Çempionlar Liqasının Liqa mərhələsinin ilk matçına çıxacaq "bayquşlar"ı "Mançester Yunayted"lə görüşə "qartallar" yola salıb. Matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyunda paytaxt komandaları üz-üzə gələcəklər. "Neftçi" debütant "Şəfa"nı qonaq edəcək. Ötən tur "Zirə" ilə görüşdəki məğlubiyyətlə azarkeşlərini üzən "ağ-qaralar" "hepardlar"la dueldə yarasını sarımağa çalışacaq.
Xatırladaq ki, turun açəıə. oyununda "Qəbələ" evdə "İmişli"ni 2:1, "Şamaxı" isə səfərdə "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.
Tura sabah keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmaları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
4-cü tur
5 sentyabr
"Sabah” – “Zirə” 5:0
Qol: Velko Simiç, 7. Coy Lens Mikels, 13-pen, 30, 57. Kristian Nvaçukvu, 51.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Bank Respublika Arena”.
“Sabah”: 92. Stas Pokatilov (k) 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels 21. Velko Simiç 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 8. Kristian Nvaçukvu
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov 6. Abdulax Xaybulaev 16. Rauf Rüstəmli 11. Kahim Parris 37. Du Keyros 33. Junior Almeyda 99. Patrik Mbina 88. Rodriqo Fernandeş 4. Eyden Makkarti 23. Yunes Laşaab 35. Cafet Bulus
Baş məşqçi: Valdas Dambrauskas
“Zirə”: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 2. Amin Seydiyev 4. Ruan Renato 9. Davit Volkov 21. Rikardo Martins 20. İssa Cibrila 17. Vierinya 5. Ange Mutsinzi 16. Ktatau 7. Eren Aydın
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov 11. Ayxan Hüseynov 10. Giorgi Papunaşvili 27. Bayere Lue 3. Dimitri Leqbo 29. Kris Diqbeu
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi” – “Şəfa” 0:0 (ilk hissə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Bakı. “Palms Sports Arena”.