
Argentina milli komandasının təcrübəli müdafiəçisi Nikolas Otamendi beynəlxalq karyerasını rəsmən başa vurduğunu elan edib.
Fanat.Az xəbər verir ki, 139 matçla ölkə tarixinin ən çox forma geyinən 5-ci futbolçusu olan veteran qərarını duyğusal mesajla açıqlayıb.
O, milli formanı geyindiyi üçün böyük fəxarət hissi keçirdiyini və bu rənglərə olan sevgisinin əbədi qalacağını bildirib.
Dünya çempionu və iki qat "Kopa Amerika" qalibi olan müdafiəçi əlamətdar karyerasına nöqtə qoyub.