
"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen İstanbul klubunun rəhbərliyinə barmaq silkələyib.
Fanat.Az xəbər verir ki, afrikalı forvard sosial şəbəkə hesabında canlı yayım zamanı 3 aydır maaş almadığını bəyan edib:
"Üç aydır ki, əməkhaqqı almıram. Mən olmasaydım, dünyada heç kim "Qalatasaray"ı tanımazdı. Pulumu verməsəniz, gedəcəyəm!"
Qeyd edək ki, Osimhen ötən mövsüm "sarı-qırmızılar"ın forması ilə çıxdığı 33 rəsmi matçda 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul