
"Liverpul" gürcüstanlı qapıçısı Georgi Mamardaşvilini qarşıdakı mövsümdə heyətdə saxlamayacaq.
Fanat.Az-ın "TeamTalk"a istinadən məlumatına görə, "qırmızılar" onu icarəyə vermək niyyətindıdir.
Braziliyalı qolkiper Alisson Bekeri isə əsas "çərçivə" qoruyucusu funksiyasını yerinə yetirməyə davam edəcək.
"Yuventus" 33 yaşlı "sambaçı"nın transferində maraqlı olsa da, İngiltərə təmsilçisinin rəhbərliyi onu buraxmamaq qərarına gəlib.
Qeyd edək ki, Alisson 2018-ci ildən "Liverpul"un uğurları üçün çalışır.
Toğrul