
Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi "Əl-Əhli" komandanı həvalə etmək üçün nüfuzlu baş məşqçi axtarışını sürətləndirib.
Fanat.Az insayder Ben Ceykobsa istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Arne Slot "Əl-Əhli"nin baş məşqçi postuna əsas namizədlərindən biridir.
Ərəb klubunun rəhbərliyi siyahıda olan bir neçə addan biri kimi Avropa futbolunda uğur qazanmış təcrübəli çalışdırıcının namizədliyini nəzərdən keçirir.
Yaxın günlərdə Səudiyyə təmsilçisinin niderlandlı mütəxəssis üçün rəsmi təklif göndərəcəyi istisna olunmur.