
Londonun "Çelsi" klubu komandanın hücum xəttində nümayiş etdirdiyi yüksək performansla seçilən Joau Pedronu mükafatlandırmaq qərarına gəlib.
Fanat.Az insayder Simon Consona istinadən xəbər verir ki, "zədəganlar" braziliyalı hücumçuya komandadakı vacib rolunu və səviyyəsini əks etdirən daha sərfəli yeni müqavilə təklif etməyə hazırlaşır.
Rəhbərlik oyunçunun nümayiş etdirdiyi performansdan tam razıdır və onu uzun müddət heyətdə saxlamaq niyyətindədir.
Yaxın vaxtlarda tərəflər arasında yeni şərtlərlə rəsmi imza mərasiminin keçiriləcəyi gözlənilir.