
Cənubi Koreya polisi milli komandanın baş məşqçisi Hon Myunq-Bonun təyinatı ilə bağlı aparılan araşdırma çərçivəsində ölkə Futbol Assosiasiyasının qərargahında axtarış keçirib.
Fanat.Az xəbər verir ki, istintaq məşqçinin vəzifəyə gətirilməsi prosesində mümkün prosedur pozuntularını araşdırır.
Araşdırma 2026-cı il dünya çempionatında Cənubi Koreyanın qrup mərhələsində uğursuz çıxışından sonra başlanılıb.
Hazırda hüquq-mühafizə orqanları təyinat prosesi ilə bağlı sənədləri və digər sübutları toplayır.