
İtaliyanın "Milan" klubu heyətin orta sahəsini təcrübəli futbolçu ilə gücləndirmək üçün növbəti transfer hədəfini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, "rossonerilər" argentinalı yarımmüdafiəçi Leandro Paredesi transfer etmək şanslarını dəyərləndirir.
Milan təmsilçisi təcrübəli oyunçunun gəlişi ilə yarımmüdafiə xəttindəki balansı və keyfiyyəti artırmağı planlaşdırır.
Paredesin yenidən İtaliya çempionatına qayıtması ilə bağlı transfer variantlarının yaxın günlərdə daha da dəqiqləşəcəyi gözlənilir.