
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" yoxlama matçında İspaniyanın "Vilyarreal" klubu ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi gərgin keçən görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub.
Oyunun 3-cü dəqiqəsində A. Peres penaltidən hesabı açsa da, cəmi 2 dəqiqə sonra Viktor Osimhen Eren Elmalının ötürməsi ilə tarazlığı bərpa edib. Qarşılaşmanın 4-cü dəqiqəsində isə "Qalatasaray"ın baş məşqçisi Okan Buruk ard-arda sarı və qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb.
"Vilyarreal"ın qələbə qolunu 41-ci dəqiqədə N. Pepenin ötürməsindən sonra Jorj Mikautadze vurub. İkinci hissədə heyətdə edilən əvəzləmələrə baxmayaraq, hesab dəyişməyib və "sarı-qırmızılılar" hazırlıq matçından məğlubiyyətlə ayrılıb.
Kamil Xudiyev