
İspaniyanın "Barselona" klubu ilə niderlandlı yarımmüdafiəçi Frenki de Yonq arasında zədə müalicəsi səbəbindən ciddi narazılıq yaranıb.
Fanat.Az "SPORT" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi konservativ müalicənin nəticə vermədiyini düşünərək futbolçunun əməliyyat olunmasında təkid edir.
Lakin de Yonq cərrahi müdaxilədən imtina edərək müalicəsini bu şəkildə davam etdirmək niyyətindədir.
Komandanın baş məşqçisi Hansi Flik bu qeyri-müəyyənlikdən narahatdır və məsələnin tez bir zamanda həll olunmasını tələb edir.