
"Beşiktaş"ın prezidenti Serdal Adalı "Fənərbağça" üzərində qazanılan qələbədən (2:1) sonra komandanı mükafatlandırıb.
Fanat.Az "A Spor"a istinadən xəbər verir ki, klub rəhbəri derbi zəfərindən dərhal sonra futbolçulara və texniki heyətə ümumilikdə 1 milyon avro hədiyyə edib.
Bu addım komandada böyük coşğu və yüksək əhval-ruhiyyə ilə qarşılanıb.
Adalı bu addımı ilə çempionluq yarışında komandaya mənəvi və maddi dəstəyini növbəti dəfə nümayiş etdirib.