
İngiltərənin "Mançester Yunayted" klubu gələcəyin heyətini qurmaq üçün fəaliyyətini sürətləndirib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Lester Siti"nin 18 yaşlı ingilis yarımmüdafiəçisi Luis Peycin transferi üçün danışıqları davam etdirir.
Mançester təmsilçisi transfer pəncərəsinin son günündə bu keçidi rəsmiləşdirə bilməsə də, gənc ulduzu heyətinə qatmaq fikrindən daşınmayıb.
Klub rəhbərliyi zədələr və heyət darlığı fonunda oyunçunun transferini tezliklə bitirmək niyyətindədir.