
İngiltərənin "Çelsi" klubu "Barselona"nın ulduz yarımmüdafiəçisi Fermin Lopesi heyətinə qatmağa hazırlaşır.
Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi qış transfer pəncərəsində ispaniyalı futbolçu üçün təxminən 140 milyon avro təklif edəcək.
Transferin reallaşmasını xüsusilə Xabi Alonsonun istədiyi və bu keçid üçün şəxsən təkid etdiyi bildirilir.
Bu məbləğ ödəniləcəyi təqdirdə "Çelsi"nin yayda Morqan Rocers üçün ödədiyi rekord transfer haqqı geridə qalacaq.