
İspaniya La Liqasında bu mövsüm cəmi 12 dəqiqə meydanda olan "Barselona"nın sol müdafiəçisi Alexandro Balde komandadan ayrılmaq variantına müsbət baxır.
Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun az oyun şansı qazanması onun yanvar ayında klubu tərk etmək ehtimalını artırıb.
İngiltərənin "Mançester Yunayted" klubu gənc müdafiəçini heyətinə qatmaq imkanlarını xeyli gücləndirib.
Kataloniya təmsilçisi isə futbolçusunu yalnız 30 milyon sterlinq məbləğindəki tələbi qarşılandığı halda satmağı nəzərdən keçirəcək.