"Barselona”nın futbolçusu Lionel Messinin qardaşı Matias Messi həbs olunub. Fanat.Az xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.
Xəbərə görə, polis onun qana bulaşmış qayığında axtarış aparıb. O, üzündəki kəsiyə görə qayığın qana bulaşdığını desə də, polis buna inanmayıb. Qayıqda qanunsuz saxlanılan tapança aşkarlanıb.
Qeyd edək ki, Matias Messi avqustda yol qəzasına düşüb. Ötən il isə onun avtomobilindən tapança tapılıb. Lionel Messinin qardaşına narkotik maddələr və spirtdən çəkinməsi məsləhət görülüb.
Fanat.Az