"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin açıqlaması Türkiyədə müzakirələrə səbəb olub. Fanat.Az xəbər verir ki, türk mütəxəssisin Lionel Messi və "Barselona" ilə bağlı sözləri gülüşlə qarşılanıb.
Dənizli "TRT Spor"da qatıldığı proqramda "Barselona"dan Messini çıxart, klub aşağı liqaya düşər" deyib. Sosial media istifadəçiləri onun bu sözlərini ələ salıb.
Dənizlinin sözləri ilə bağlı bəzi paylaşımları təqdim edirik.
Fanat.Az