Avropa Liqasında 1/8 finala çıxan ikinci komanda müəyyənləşib. Fanat.Az xəbər verir ki, yenə mərhələ adlayan klub Rusiya təmsilçisi olub.
Belə ki, Moskva "Lokomotiv"i Fransanın "Nitsa" klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda 3:2 hesablı qələbə qazanan ruslar bu dəfə dəfə rəqibdən üstün olub - 1:0. Yeganə qola 30-cu dəqiqədə İqor Denisov imza atıb.
Qeyd edək ki, 1/8 finala çıxan ilk komanda ÇSKA olub. Moskva klubu Serbiya təmsilçisi "Srvena Zvezda"nı mübarizədən kənarlaşdırıb.
Onu da qeyd edək ki, "Lokomotiv"ə "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin başçılıq edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol