"Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu koronavirus pandemiyası ilə bağlı çağırış edib.
Fanat.Az xəbər verir ki, "İnstagram” hesabında Portuqaliya və İtaliya bayraqları rəngində maskalarla 2 şəklini paylaşan superulduz belə yazıb:
"Dünyamız üçün çox çətin olan bu anda birləşməyimiz, bir-birimizi dəstəkləməyimiz vacibdi. Gəlin, başqalarına kömək üçün gücümüz çatanı birlikdə edək”.
Qeyd edək ki, Ronaldu karantin dönəmini ailəsi ilə birgə Madeyra adasındakı villasında keçirir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol