Türkiyə millisi AÇ-2020-yə hazırlıq çərçivəsində bu gün son sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "ay-ulduzlular" Moldova yığması ilə üz-üzə gəlib.
Almaniyanın Paderborn şəhərində keçirilən görüş türklərin qələbəsi ilə başa çatıb – 2:0. Qolları Burak Yılmaz (58-ci dəqiqə) və Cengiz Ünder (77) vurub.
Qeyd edək ki, Şenol Günəşin komandası ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib, ikinci oyunda Qvineya ilə qolsuz heç-heçə edib.
Xatırladaq ki, Türkiyə millisi iyunun 11-də başlayacaq Avropa çempionatının qrup mərhələsində Uels və İsveçrə ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Bu komandanın ilk sınağı isə Romada İtaliya yığmasına qarşı olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol