İspaniya millisinin hücumçusu Alvaro Morata ölümlə təhdid olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Moratanın həyat yoldaşı Alis Kampello məlumat yayıb.
O, Morataya nifrət və təhqir dolu mesajların, ölüm təhdidlərinin gəldiyini deyib:
"Bu, böyük cahillikdir. Məndən daha zəif birinə belə mesajlar gəlsəydi, yəqin böyük problemlər yaşayardı. İdman insanları bir yerə gətirir. Ümid edirəm ki, insanlar bu hərəkətlərinə son verəcəklər”.
Morata AVRO-2020-nin yarımfinal mərhələsində İtaliyaya qarşı keçirilən matçın penaltilər seriyasında şansını boşa verib.
Morata və Kampello 2017-ci ildən evlidirlər və üç uşaqları var.