Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 21 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Useyn Bolt (Usain Bolt)
1986-cıilin bu günü 8 qat Olimpiya çempionu (2008 - 2 medal, 2012 - 3 medal, 2016 - 3 medal),11 qat dünya çempionu (2009 - 3 medal, 2011 - 2 medal, 2013 - 3 medal, 2015 - 3 medal), Dünya Çempionatının 2 qat gümüş mükafatçısı (2007 - 2 medal), Mərkəzi Amerika çempionu (2005), çoxsaylı dünya rekordçusu, tanınmış yamaykalı sprinter Useyn Bolt dünyaya gəlib.
Cüzeppe Meatsa (Giuseppe Meazza)
21 avqust 1979-cu ildə Luquriada (İtaliya) tanınmış sabiq futbol mütəxəssisi Cüzeppe Meatsa dünyasını dəyişib.
Futbolçunun nəaliyyətləri - 2 qat dünya çempionu (1934, 1938), 3 qat İtaliya çempionu (1930, 1938, 1940), İtaliya Kubokunun qalibi (1939), 3 dəfə İtaliya çempionatının bombardiri (1930, 1936, 1938).
1983-cü ildə keçirilən referendumun nəticələrinə görə Meatsa bütün zamanların ən yaxşı italyan futbolçusu seçilib.
Emin Şəmsiyev