"Mançester Siti"nin əlcəzairli yarımmüdafiəçisi Riyad Marezin (Riad Mahrez) keçmiş həyat yoldaşı Rita Cohal maraqlı açıqlaması ilə güdəmə gəlib.
Fanat.Az xəbər verir ki, "The Sun" nəşri danışan Rita Riyadın "şəhərlilər"in heyətinə keçdikdən sonra necə dəyişdiyindən danışıb.
"Mançester Siti"yə keçidi həyat yoldaşımı tamam dəyişdirdi. Bu barədə Harri Keynin (Harry Kane) həyat yoldaşı xoşbəxt insandır. Harri ulduz xəstəliyindən əziyyət çəkmir. Digərləri də ondan nümunə götürməlidir.
Riyad şöhrətinin öhdəsindən gələ bilmədi. İlk günlər görüşdüyüm Riyad fərqli bir insan idi. İndi vaxtını gecə əyləncələrində külli miqdarda pul xərcləməklə keçirir. Ondan nifrət etdiyimi deyə bilmərəm, amma etdiklərindən şoka düşürəm və üzülürəm.Tanınmış ulduz olandan sonra məni unutdu və tək qoydu"
Xatırladaq ki, Rita və Marez 2014-cü ildə tanış olub və 4 ay sonra ailə həyatı qurublar. İki övladları var. Boşandıqdan sonra futbolçu tanınmış model Taylor Uordla görüşməyə başlayıb.
Emin Şəmsiyev