Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu Ginnesin Rekordlar Kitabına düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı ulduz futbolçu "İnstagram" səhifəsi üzərindən yayıb.
36 yaşlı ulduz oyunçu yığma komandasının qol rekordunu yeniləyib. İrlandiya ilə matçda dubl edərək millidəki qollarının sayını 111-ə çatdıran forvard dünya rekorduna imza atıb.
"Ginnesin Rekordlar Kitabına görə Dünya rekordçusu kimi tanınmaq həmişə xoşdur. Gəlin, daha da yaxşı nəticələr əldə etməyə çalışaq!", - deyə Ronaldu paylaşımında qeyd edib.
Emin Şəmsiyev