İngiltərənin "Everton" klubunun hücumçusu Andros Taunsend (Andros Townsend) sevgilisi ilə ayrılma təhlükəsiylə üzləşib.
Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, tanınmış video oyunlardan birində futbolçunun personajı məşqlərə gecikdiyi üçün cərimə olunduğu göstərilib.
Futbol azarkeşləri bu məlumatı "Twitter" sosial şəbəkəsində zarafat üçün paylaşıb.
Bunu görən Androsun sevgilisi futbolçunun yalandan məşqə getdiyini deyərək yalan danışmasından şüphələnib.
30 yaşlı hücumçu sevgilisi ilə "Whatsapp" üzərindən yazışmasını bu rəy ilə paylaşıb: "Sevdiyim qız bir gün mənə "Twitter"dən ekran görüntüsü göndərdi. O, adımı tez-tez internetdə axtarıb haqqımda yazılan xəbərləri oxuyur. Bir dəfə sosial şəbəkədə görüb ki, "Andros Tounsend məşqlərə gecikdiyi üçün cərimələndi." Onun nə düşündüyü aydın idi: “Bəli, məşqdə deyildi, evdə də yox idi... Bəs görəsən harada idi? Kiminlə idi?" Bir sözlə, məni təhdid etməyə başladı".
- Məşqə gecikdiyinə görə nə vaxt cərimələnmisən? "Twitter"də indi gördüm
- Nə? Məni cərimələyiblər? Göstər görüm.
- ???
- Bəlkə bu yalandır?
- Hahaha, mənimlə zarafat edirsən?
- Nə bilim?
Kimsə "Twitter"də zarafat etmək qərarına gəlib, o isə hər şeyi öz bildiyi kimi anlayıb".
Yekunda Taunsend əsəbləşərək video oyundan ekran görüntüsünü göndərib və xanımı sakitləşdirib.
Xatırladaq ki, Taunsend 7 turdan sonra İPL-də 3 qol vurub.
Emin Şəmsiyev