"Mançester Siti"nin qadınlardan ibarət klubu FA Kontinental kuboku çərçivəsində "Everton"a böyük hesabla qalib gəlib.
Fanat.Az xəbər verir ki, komandanın 19 nömrəli yarımmüdafiəçisi Kerelayn Uir (Caroline Weir)
oyunun 8-ci dəqiqəsində maraqlı keçid edərək hesabı açıb.
Sözügedən baxımlı qolun videosunu təqdim edirik:
𝑴𝒂𝒋𝒆𝒔𝒕𝒊𝒄 💫@itscarolineweir 🤩#ManCity pic.twitter.com/Wq0JenWrLd
— Manchester City (@ManCity) October 14, 2021
Xatırladaq ki, 26 yaşlı şotland qadın futbolçu 2018-ci ildən "Mançester Siti" klubunun şərəfini qoruyur.
Emin Şəmsiyev