
“Astana”ya futbolçu transferinə qadağa qoyulub.
Fanat.Az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyasının (QFF) bu barədə açıqlamasında kluba yeni futbolçuların qeydiyyatının mümkünsüzlüyü çatdırılıb.
FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarı ilə “Astana” rumıniyalı futbolçu Dorin Rotariu qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə cəzalandırılıb.
Bununla əlaqədar olaraq, QFF “Astana” futbol klubuna növbəti 3 transfer pəncərəsində yeni oyunçuların qeydiyyatdan keçməsini qadağan edib.
Qeyd edək ki, "Astana" sonuncudan əvvəlki turda "Qarabağ"ın rəqibi "Kayrat"a uduzaraq çempionluq şansını itirib.
Mirağa