19:00 10.11.2021 2521

"Rənglər"i qəbul olunmayanlar: Homoseksual futbolçuların etirafları

Futbol sülhü, ədaləti, tolerantlığı və sağlamlığı təbliğ edən ən məşhur idman növüdür. Amma irqçilik və homofobiyaya qarşı gedən mübarizə hələ də nəticə vermir. 

Nümunə olaraq xatırladaq ki, bir neçə həftə öncə Avstraliya millisinin və "Adelaid Yunayted" klubunun futbolçusu Coş Kavallonun (Josh Cavallo) homoseksual olduğunu etiraf etməsi futbol ictimaiyyətində birmənalı qarşılanmadı.

Fanat.Az fərqli oriyentasiyaya sahib futbolçuların bir neçəsini təqdim edir: 

Con Faşanu (John Fashanu)

Rəsmi olaraq homoseksual olduğunu etiraf edən ilk ingilis futbolçu. Bu, Cona baha başa gəlmişdi. Futbol ictimaiyyətinin və azarkeşlərin sevimlisi olan futbolçu 1986-cı ildə "Uimbldon" klubuna 1 milyon funt-sterlinqə transfer olunur. Amma qazandığı sevgi Faşanu homoseksual olduğunu etiraf edəndən sonra nifrətə çevrilir, hətta ona "xalq düşməni" gözüylə baxılır. İctimai qınaq və psixoloji basqı nəticəsində Faşanu 1998-ci ildə intihar edir. 

Markus Urban (Marcus Urban)

Sərt tənqidlərdən qorxaraq 20 yaşında karyerasını bitirən homoseksual alman futbolçu. 

İllər sonra Urban yaşadıqlarını belə şərh edib: “Mən özümə həbsxana tikmək istəmirdim. Futbolda möhtəşəm gələcəyim ola bilərdi, amma psixoloji basqıya dözə bilməzdim". 

50 yaşlı mütəxəssis bir neçə il öncə "Napoli" klubunun akademiyasında azyaşlı uşaqlara futbol dərsi keçirdi. Lakin gənc futbolçuların valideynlərinin narazılığı səbəbilə məşqçilik fəaliyyətini də dayandırmalı olur. Hazırda Markus "İdman və Cəmiyyətdə Müxtəliflik İttifaqı" ictimai təşkilatına rəhbərlik edir.

Olivye Ruye (Olivier Rouillet) 

Siyahımızdakı ən təcrübəli futbolçudur. Olivye "Nitsa"nın heyətində əfsanəvi futbolçu Mişel Platini ilə çiyin-çiyinə oynayıb.

O, homoseksual olduğunu yalnız 2008-ci ildə, artıq televiziyada ekspert kimi çalışarkən açıqlayıb. Ruyenin sözlərinə görə, cəmiyyətə saxta qız sevgilisi olduğunu nümayiş etdirib ki,  komanda yoldaşları onun homoseksual olduğundan xəbər tutmasınlar. 

Tomas Hitslşperger (Thomas Hitzlsperger)

Şübhəsiz ki, siyahımızda olan ən tanınmış futbolçudur.  Almaniya millisinin və dünyanın bir sıra tanınmış ("Aston Villa", "Everton", "Latsio", "Vest Hem") klublarda çıxış etmiş futbolçu 2014-cü ilin yanvarında homoseksual olduğunu rəsmən elan edib. O, bu etirafdan sonra özünü mənəvi cəhətdən xeyli yaxşı hiss etdiyini bildirib. 

Hisko (Xisco) 

"Nyukasl"ın və bir çox İspaniya klublarının sabiq üzvü Ximenez Texada homoseksual olduğunu gizlətmir və vaxtaşırı sarı mətbuatın müzakirə mövzusuna çevrilir. 35 yaşlı Hisko hazırda İspaniyanın "Alkorkon" klubunda çıxış edir. 

Tomas Berlinq (Thomas Berling) 

2000-ci ildə homoseksual olduğunu etiraf edən və futbolun homofoblarla zəngin olduğunu deyən norveçli futbolçu.

1996-1999-cu illərdə Norveçin "Nardo" klubunda çıxış edən müdafiəçi psixoloji basqılara görə futbolu vaxtından əvvəl tərk edib. O, tez-tez ölkəsində LGBT bərabərliyinə həsr olunmuş müxtəlif televiziya şoularında çıxış edir.

Emin Şəmsiyev
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X