İtaliya millisinin və "Yuventus" klubunun canlı əfsanəsi Alessandro Del Pyero ötən gün "Tottenhem"in məşqində iştirak edib.
Fanat.Az xəbər verir ki, "Çelsi" - "Yuventus" matçında ekspert qismində yer alan veteran futbolçu Londonda səfəri zamanı "Tottenhem"in də düşərgəsinə baş çəkib.
Komandanın ulduz futbolçuları Harri Keyn, Xın Min Son və Pyer-Emil Höyberq 47 yaşlı mütəxəssislə fotolarını sosial şəbəkə hesablarında paylaşıblar.
"Xoruz"ların baş məşqçisi Antonio Konte də həmyerlisi ilə şəkil çəkdirib.