
Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Corriere Fiorentino" nəşri: "Nyukasl" "Fiorentina"nın 80 milyon avro tələbinə baxmayaraq, Duşan Vlahoviçi transfer etməkdən imtina etməyib. "Yuventus" da futbolçunu almaq niyyətindədir. "Nyukasl" hücumçunu almaq üçün "Qoca sinyora" ilə rəqabət aparacaq.
"Mundo Deportivo" nəşri: "Mançester Siti"nin "Sportinq Lissabon"da icarə əsasında çıxış edən futbolçusu Pedro Porro "Real Madrid"in hədəfinə düşüb. "Kral klubu" 22 yaşlı yarımmüdafiəçinin Portuqaliyada göstərdiyini performansı bəyənib. İspanlar gələn il onunla müqavilə bağlamağa cəhd edə bilər, lakin "Sportinq"in icarə müddəti başa çatdıqdan sonra oyunçunu almaq imkanı var.
"Calciomercato" nəşri: "Atletiko Madrid" Darvin Nunyes üçün "Benfika"ya təklif hazırlayır. Nunes gələn yay "Benfika"dan ayrıla bilər və "Atletiko" onu transfer etmək üçün bu yarışı qazanmağa çalışacaq.
"Fichajes" nəşri: "Çelsi" yarımmüdafiəçi Ross Barkli üçün tələb olunan qiyməti müəyyən edib. "Nyukasl", "Lids" və "Börnli" iddialılar arasındadır. "Çelsi" qış "transfer pəncərəsi" açılandan sonra 14 milyon funt sterlinq qarşılığında Barklini yollamağa hazırdır.
"Football Insider" saytı: "Tottenhem" "Vest Bromviç"in qapıçısı Sem Constonu heyətinə qatmağı planlaşdırır. Conston Huqo Lorisin varisi ola bilər.
Fanat.Az idman agentliyi: Əməkdar idman xadimi Sadıq Sadıqov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti postundan ayrıldıqdan sonra növbəti mövsümdən "Səbail" futbol klubuna rəhbərlik edəcək.
"Dənizçilər"in büdcəsinin artırılması və klubun Sadıqova həvalə edilməsi planlaşdırılıb. Artıq sözügedən futbol funksionerinin klubun əsas komandasını tapşırmaq istədiyi mütəxəssisin kimliyi də bəllidir. Bu, "Keşlə"dən ayrılandan sonra işsiz qalan Tərlan Əhmədovdur.
"The Telegraph" nəşri: Lüsyen Favr və Rudi Qarsiya müvəqqəti baş məşqçi postu ilə bağlı "Mançester Yunayted" nümayəndələri ilə danışıq aparıb. Rudi Qarsiya: “Mən şayiələri şərh etməyə öyrəşməmişəm. Bu mövzuda heç nə deməyəcəyəm. Mən bunu nə təsdiq, nə də təkzib edirəm”
"Corriere dello Sport" nəşri: "Fiorentina"nın hücumçusu Aleksandr Kokorin adı açıqlanmayan Qətər və ya Rusiya klublarından birinə keçə bilər. Hücumçu baş məşqçi Vinçenzo İtalyanonun planlarına daxil deyil.
Emin Şəmsiyev