Almaniyanın Hamburq şəhərində hər il Milad öncəsi həvəskarlarlar arasında xeyriyyə futbol matçı təşkil olunur.
Fanat.Az xəbər verir ki, görüş "Angels" və "Santa Claus" komandaları arasında baş tutur.
Şəhər ətrafında yaşayan qızlar Milad mələkləri olaraq "Angels" komandasında çıxış edirlər. Almaniyanın alt (beşinci və ya daha aşağı) liqa komandalarından olan hamburqlu futbolçular isə Şaxta baba paltarı geyinib "Santa Klaus" komandasını təmsil edirlər.
Matç zamanı toplanan vəsait keçmiş alman futbolçu Uve Seelerin xeyriyyə fonduna keçirilir.
Emin