"Footy Headlines" saytı ötən ilin ən pis klub formalarını müəyyən edib.
Fanat.Az xəbər verir ki, oxucuların seçiminə əsasən, 2021-ci ilin ən pis geyimi "Yuventus" klubuna məxsusdur.
“Yuventus”un üçüncü dəsti sayılan, 90-cı illərindəki rənglərindən (şəhərin mavi və sarı gerbinə istinadən) ilhamlanaraq hazırlanmış forma azarkeşlərin xoşuna gəlməyib.
İkinci yerdə "Tottenhem"in üçüncü formasıdır. 2019-cu ildə 8 nəfərlik yaradıcı gəncdən ibarət qrup "London Tottex" incəsənət studiyasına daxil olub və "Nike" dizaynerlərinə "Tottenhem"in onlar üçün nə demək olduğunu izah ediblər. Beləcə həmin forma ərsəyə gəlib.
Anti-reytinqdə üçüncü yeri Dieqo Maradonanın xatirəsinə hazırlanmış "Armani"dən olan “Napoli” forması tutub.
"Barselona", "Mançester Siti", "Liverpul", Çexiya millisi, "Olimpik Marsel", "Lester", "Osasuna", "Kolumbus Kreu" və "Uikomb" komandalarının geyimləri də siyahıda yer alıb.
Emin Şəmsiyev