"Mançester Yunayted"in sabiq baş məşqçisi Ule Qunnar Sulşer indilik böyük futboldan kənarlaşaraq istirahət edir. Onun 19 yaşlı qızı Karna isə "qırmızı şeytanlar"ın heyətində titullar qazanır.
Fanat.Az xəbər verir ki, Karna Sulşer U-21 qadınlardan ibarət komanda ilə İngiltərə Akademiya Kubokunun qalibi olub. Finalda "Mançester Yunayted" "Birmingem"i 4:1 hesabı ilə məğlub edib. Karna həmin oyunda məhsuldar ötürmə ilə yadda qalıb.
Bu, "Mançester Yunayted"in heyətində Karnanın qazandığı ikinci tituldur. Daha əvvəl o, komandası ilə birlikdə "Audi woman cup" yarışının da qalibi olmuşdu.
Sulşerin özü də vacib oyunda qızını tribunadan dəstəkləyib.
Karna bu mövsüm gənclər arasında keçirilən 14 çempionat oyununda 14 qolla yadda qalıb.
Emin