20:20 18.04.2022 7247

\"Real\"ın ulduzu siqaret satır - VİDEO

İki mininci illərin əvvəllərində "Real Madrid"də çıxış edən Oskar Minyambres hazırda tütün satışı ilə məşğuldur.

Fanat.Az xəbər verir ki, İspaniya mətbuatı vaxtilə "qalaktikos"da Ronaldo, Zinəddin Zidan, Luiş Fiqu, Devid Bekhem, Raul, Roberto Karlos kimi "Real" tarixinin ən böyük ulduzları ilə soyunub-geyinmə otağını paylaşan Oskarın aqibəti ilə maraqlanıblar.

Onunla bağlı təqdim olunan videoreportajda keçmiş futbolçunun siqaret satışı ilə məşğul olduğu bildirilib.

Minyambres "Real"ın öz yetirməsidir. Futbolçu 2002-ci ildə La Liqada ilk matçına çıxıb. Elə həmin il o, Çempionlar Liqasında debüt edərək qitənin ən nüfuzlu klub turnirinin kubokunu başı üzərinə qaldırıb. Oskar "Real"da ümumilikdə 7 kubok qazanıb. Baxmayaraq ki, karyerasının əvvəlində zədələrlə bağlı problem yaşadığı üçün komandada cəmi 37 oyuna çıxıb. Madrid klubu onu 2004/05 mövsümündə "Espanyol"a icarəyə verib. Ancaq Minyambers orada cəmi 150 dəqiqə oynayıb. O, “Valensiya” ilə oyunun 12-ci dəqiqəsində dizindən ağır zədə alıb və karyerasına bir ildən çox fasilə verib.

“Real”a qayıtdıqdan sonra ona oynamaq şansı verilməyib və müqavilə müddəti bitdikdən sonra yenisi təklif olunmayıb. Belədə, Minyambres "Herkules"ə üz tutub. Amma elə ilk məşqdə dizində yenidən ağrı hiss edib və dərhal müqaviləni pozaraq karyerasını bitirib.

Keçmiş futbolçu futboldan tamamilə uzaqlaşması və hazırki işi ilə bağlı belə deyib: "Mən bütün diqqətimi ailənin qayğısına ayırmalıydım. Bu, ən vacib şeydir. İllərdir tütün satışı ilə məşğulam. Futbolçu karyeramdan sonra həyat yoldaşımla köşk açdıq. Həmişə siqaret əleyhinə olmuşam, gördüyüm işi bəyənmirəm. Çarə yoxdur. Gerçək arzum bu deyildi. Göründüyü kimi, futbol da həyatda hər şey deyil. Karyeramı tez bitirməyim məni çox məyus etdi. Halbuki uzun müddət futbol oynaya biləcəyimi hiss edirdim".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X