Türkiyənin "Fənərbağça" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları arasında xeyriyyə oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Ülker" stadionunda baş tutan qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 26-cı dəqiqədə Enner Valensiya vurub.
Start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Bilet satışından əldə edilən gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.