“Liverpul” İngiltərə kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə "mersisaydlılar" “Çelsi” ilə qarşılaşıb.
“Uembli” stadionunda keçirilən matçda oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
“Liverpul” penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək tarixində 8-ci dəfə İngiltərə kubokunu qazanıb.