İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll toyuna bir həftə qalmış Dubayda keçirdiyi tətil zamanı maraqlı hadisə ilə üz-üzə qalıb.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, sabiq futbolçu gecə klublarından birində vaxt keçirdiyi iki xanımla otel otağına yollanıb. Qadınlardan biri fitnes instruktoru Fibi Robb, digəri isə gecə klubunda menecer işləyən Teylor Ceyn-Uilkir olub.
Endinin rəfiqələrindən biri onunla yatdığı yerdə şəkil çəkib və sosial şəbəkələrdə paylaşıb.
Daha sonra məlum olub ki, sabiq futbolçunun sevgilisi bu fotoya rəğmən onunla ailə qurmaq fikrindən daşınmayıb.
Emin