"Real Madrid" azarkeşi olan şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen "Kral klubu" ilə bağlı bir sirrin üstünü açıb.
Fanat.Az xəbər verir ki, o, insayder Lex Fridmanın canlı yayımında maraqlı etiraf edib.
O, bütün zamanların ən yaxşı futbolçusu ilə bağlı suala cavab verərkən "Real" klubunun əməkdaşları tərəfindən ona təzyiq edildiyini bildirib:
"Bir "Real" azarkeşi olaraq Ronalduya üstünlük verməyim nəntiqli görünsə də, Lionel Messi ilə heç kimi müqayisə etmək olmaz. Düzdür, bir neçə dəfə Ronaldunu bəyəndiyimi demişəm, amma həmişə Messinin daha yaxşı olduğunu düşünürdüm.
Niyə Messini bəyənib Ronaldunun adını çəkmişəm? Əvvəlki illərdə Madridə bir neçə matça getmişdim. Həmin oyunlar çox gözəl idi. Amma məni əsəbiləşdirən yeganə şey o oldu ki, klub saytına müsahibə verəndə həmişə Ronaldunu xatırlamalıydım. Məndən ən yaxşı oyunçunun kim olduğunu soruşduqda "Ronaldu" deməli idim. Başqasının, məsələn, İskonun adını çəksəm də, belə deyirdilər: "Yaxşı, ikinci cəhd, indi Ronaldunu de". Başa düşürəm, Ronaldunun ətrafında belə bir imic yaratmaları vacibdir. Amma mən heç vaxt belə halla qarşılaşmamışdım".
Mirağa