"Qalatasaray"ın prezidenti Dursun Özbək klubun yaranmış borclarını ödəyib qurtaracağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sabah Spor" klub rəhbərinin dediklərini belə çatdırıb:
"Banklara faizlərlə birlikdə 2,7 milyard lira borcumuz var. Kemerburqaz, Mecidiyeköy və Floryadakı layihələrimiz tamamlandıqda "Qalatasaray"ın əlində 7 milyard lira büdcə olacaq. Borclarını tamamilə ödəmiş bir klub olacağıq".
Emin