İngiltərə Premyer Liqasında Britaniyanın Kraliçası II Elizabetin ölümü ilə əlaqədar oyunlar təxirə salınıb.
"Mançester Yunayted"in çalışdırıcısı Erik ten Haq yaranan fasilədən faydalanmağa çalışır.
Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı çalışdırıcı əksər niderlandlılar kimi velosiped sürməyi çox sevir.
Onun həyat yoldaşı ilə Mançester küçələrində veloyürüşü paparatzilərin kameralarına tuş gəlib.
Onlar "Mançester Yunayted" azarkeşlərinin foto çəkdirmək istəklərini də geri çevirməyiblər.
Emin