Yanvarın 21-də Almatıda 11 ölkədən idmançıların mübarizə aparacağı "OCTAGON 39 Ultimate Fighting Tournament" keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycan döyüşçüləri də iştirak edəcək.
Günel Əmirbəyova (77,1 kq) Antonina Kotlyarovskaya (Qazaxıstan) ilə, Qadir Müslimzadə (65,8 kq) İbrat Abdumixitov (Özbəkistan) ilə, Tural Fərzəliyev (77,1 kq) Nursultan Orınbasarov (Qazaxıstan) ilə, Sərxan Vəlili (59 kq) Alişer Qabdullin (Qazaxıstan) ilə üz-üzə gələcək.