"One FC" çempionu Çingiz Əlləzov yanvarın 25-də Bakıya gəlir.
Fanat.Az xəbər verir ki, o, yanvarın 13-də Banqkokda qazandığı kəməri tarixi vətəninə gətirəcək.
Qeyd edək ki, "Çinqa" ləqəbli kikboksçu Tailand döyüşçüsü Superbon Sinq üzərində ikinci raundda nokautla qələbə qazanaraq 70.3 kq çəkidə yeni "One FC" çempionu olub.